Bank Of Baku

«Gələcək nəsillərlə üz-üzə» ümumrespublika inşa müsabiqəsi yekunlaşıb

«Gələcək nəsillərlə üz-üzə» ümumrespublika inşa müsabiqəsi yekunlaşıb
# 17 noyabr 2008 10:12 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Bu gün Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Birləşmiş Millətlər Assosiasiyaları Dünya Federasiyasının Minilliyin Layihəsinin Azərbaycan bölməsi (Azərbaycan Futuroloqlar Cəmiyyəti) ilə birgə IX-XI sinif şagirdləri arasında ötən tədris ilində keçirilən «Gələcək nəsillərlə üz-üzə» adlı II ümumrespublika inşa müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
«APA-Economics»in məlumatına görə, Azərbaycan Futuroloqlar Cəmiyyətinin sədri Reyhan Hüseynova bildirib ki, müsabiqəyə təqdim edilən layihələr Birləşmiş Millətlər Assosiasiyaları Dünya Federasiyasının Minilliyin Layihəsinin 15 Qlobal Çağırışına uyğun 15 mövzunu əhatə edib. Bu ilin aprelində elan edilən müsabiqəyə inşa yazılarının qəbulu mayın 15-də yekunlaşıb. Müsabiqəyə 15 nominasiya üzrə yazı təqdim etmiş 1 025 şagirddən 44-ü I, II və III yerlərə layiq görülüb. Qaliblərin inşa yazıları Meksikada hər il keçirilən Qlobal Minillik Prizi beynəlxalq müsabiqəsinə təqdim edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR