Bank Of Baku

BQXK Azərbaycan həbsxanalarında vərəmlə mübarizə üzrə hesabatını açıqlayıb

BQXK Azərbaycan həbsxanalarında vərəmlə mübarizə üzrə hesabatını açıqlayıb
# 17 noyabr 2008 10:15 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. “Azərbaycandakı bütün məhkumların yüksək keyfiyyətli müasir diaqnostika və vərəmin müalicəsi sahəsində göstərilən xidmətlərdən pulsuz istifadə etmək imkanı var. 2008-ci il oktyabr ayına olan məlumata görə, Azərbaycandakı həbsxana tipli ixtisaslaşdırılmış vərəm xəstəxanasındakı məhkumlara 9000-dən artıq vərəm müalicəsi xidməti göstərilib, 4589 nəfər xəstə isə müalicəsini uğurla bitirib”. Bu barədə APA-ya Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin mətbuat xidmətinin rəhbəri Gülnaz Quliyeva məlumat verib. O bildirib ki, cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında infeksiyaya nəzarət tədbirlərinin tətbiqi nəticəsində yeni yoluxucu vərəm halları arasında ölüm səviyyəsi 1995-ci ildə 16% təşkil etdiyi halda, 2007-ci ildə bu rəqəm 3,5%-ə düşüb.

BQXK MDR (Multirezistent - vərəmin daha ağır və dərmanlara davamlı forması) layihəsinin həyata keçirilməsində də Ədliyyə Nazirliyinə texniki dəstək göstərir. 2-ci sıra vərəm əleyhinə dərmanların əks-təsirlərinin idarə olunması üçün əlavə dərmanların bir hissəsi BQXK tərəfindən alınıb və MDR xəstələrinə çatdırılıb. BQXK MDR xəstələrinin müalicəyə riayət etmələrini yaxşılaşdırmaq üçün hər ay onları gigiyenik bağlamalarla təmin edir. 2007-ci ilin aprelindən 2008-ci ilin oktyabrına kimi 115 nəfər məhkum MDR layihəsinə qoşulub.

Xəstə-məhkumların şəraitinin yaxşılaşdırılması üçün BQXK-ın dəstəyi ilə son yeddi il ərzində ömürlük və ciddi rejimli cəzaya məhkum edilmiş məhkumlar üçün xüsusi şöbəsi tikilib, vərəmli məhkum qadınlar üçün şöbə, laboratoriyanın bio-kimyəvi hissəsi, məhkumlar üçün camaşırxana, müalicə şöbələrində tibbi prosedur otaqları və xəstəxananın hamamı rekonstruksiya edilərək təmir olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR