Bank Of Baku

Salyan sakinləri “Azərenerji” ASC-dən kompensasiya istəyir

Salyan sakinləri  “Azərenerji” ASC-dən kompensasiya istəyir
# 17 noyabr 2008 10:20 (UTC +04:00)
Salyan. Əlibəy Zeynalov-APA. Salyan rayonunun Arbatan kənd sakinləri torpaq sahələrinin yarasız hala salınması iddiası ilə “Azərenerji” ASC-dən kompensasiya istəyirlər. Bu barədə APA-nın Mil-Muğan bürosuna Salyan rayonunun Arbatan kəndinin sakinləri bildiriblər. Onların dediyinə görə, kəndin ərazisindən keçən 220 kV-luq Salyan-Masallı yüksək gərginlikli elektrik xəttinin çəkilişi zamanı 20 ailədən çox kənd sakininə məxsus taxıl əkilmiş sahələrin bir hissəsi ağır texnikanın təkərləri altında yararsız hala salınıb. Sakinlər qeyd edib ki, onlara dəyən ziyanın ödənilməsi haqqında söhbət belə, aparılmır. Kəndlilər dəymiş ziyanın əvəzini tələb edirlər. Bununla bağlı 20 pay torpaq sahibi ölkə prezidentinə müraciət edib. “Azərenerji” ASC-nin vtse-prezidenti Marlen Əsgərov isə bildirib ki, xəttin çəkilişi üzrə trayektoriyada yerləşən ərazilər rayon İcra Hakimiyyəti tərəfindən ayrılıb və bununla bağlı ödənişin nəzərdə tutulub- tutulmamasından xəbərsizdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR