Bank Of Baku

İsveçin məşğulluq naziri Azərbaycana gəlib

İsveçin məşğulluq naziri Azərbaycana gəlib
# 17 noyabr 2008 13:25 (UTC +04:00)
Bakı. Nicat Mustafayev, İlhamə İsabalayeva – APA-Economics. İsveçin məşğulluq naziri Sven Ottolittorenin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana gəlib.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) «APA-Economics»ə verilən məlumata görə, səfər çərçivəsində noyabrın 19-da Azpromo və Nobel İrsi Fondunun təşkilatçılığı ilə Bakıda Azərbaycan-İsveç biznes-forumu keçiriləcək: «Forumda energetika, nəqliyyat, kənd təsərrüfatı, səhiyyə və digər sahələrdə fəaliyyət göstərən İsveçin 13, Azərbaycanın isə 40-dan artıq şirkətinin nümayəndələri iştirak edəcəklər. Bundan başqa, tədbirdə Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev, əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov və digər rəsmi şəxslərin iştirakı gözlənilir».
Qeyd edək ki, Azərbaycana ilk dəfə gələn S.Ottolittorenin səfəri tanışlıq xarakteri daşıyır. Səfər zamanı iki ölkə arasında məşğulluq sahəsində əlaqələrin qurulması, yeni informasiya texnologiyalarının tətbiqi məsələləri müzakirə ediləcək. Eyni zamanda, İsveçin məşğulluq sahəsində təcrübəsini öyrənmək üçün fikir mübadilələri aparılacaq. İsveç nümayəndə heyətinin Azərbaycana səfəri noyabrın 20-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR