Bank Of Baku

Lənkəran teatrı şimal bölgəsində qastrolda olub

Lənkəran teatrı şimal bölgəsində qastrolda olub
# 19 noyabr 2008 02:36 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının truppası Azərbaycanın şimal bölgəsində qastrol səfərində olub. Bu barədə APA-nın cənub bürosuna teatrın direktoru İslam Həsənov məlumat verib. Onun sözlərinə görə, üç gün ərzində yaradıcı kollektiv Xaçmaz və Dəvəçi rayonlarında yazıçı, publisist Mir Cəlal Paşayevin satirik hekayələri əsasında səhnələşdirilmiş “Yolumuz hayanadır?” komediyasının tamaşası ilə çıxış edib. Teatrın baş rejissoru, əməkdar incəsənət xadimi Baba Rzayevin quruluş verdiyi bu səhnə əsərində əsas rolları xalq artisti Qabil Quliyev, aktyorlar Qızılgül Quliyeva, Şahrud Mehdiyeva, Adil Zeynalov, Sücəddin Mirzəyev, Miraslan Ağayev və başqaları ifa ediblər. Teatrın direktoru bildirib ki, yaxın günlərdə kollektiv ölkənin Mil-Muğan bölgəsinə səfərə çıxmağı planlaşdırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR