Bank Of Baku

Müəllif Hüquqları Agentliyi İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsinə əlavə və dəyişiklərlə bağlı təkliflər hazırlayıb

Müəllif Hüquqları Agentliyi İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsinə əlavə və dəyişiklərlə bağlı təkliflər hazırlayıb
# 19 noyabr 2008 11:56 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Müəllif Hüquqları Agentliyi “Əqli mülkiyyət hüquqlarının qorunması və piratçılıqla mübarizə haqqında” qanun layihəsi hazırlayaraq Nazirlər Kabinetinə təqdim edib. Bunu APA-ya açıqlamasında agentliyin hüquq sektorunun müdiri Xudayat Həsənli deyib. O bildirib ki, layihə əqli mülkiyyət hüquqlarının qorunması ilə bağlı məhkəmə, inzibati və hüquqi prosedurları müəyyən edir və qanunun qəbulundan sonra müəllif hüquqpozmaları ilə bağlı sanksiyalar daha da sərtləşdiriləcək: “Audio-video məhsullara nəzarət markalarının vurulması nəzərdə tutulur. Nəzarət markaları hansı müəssisənin nə qədər məhsul buraxdığını göstərəcək. Məhsul qədərindən artıq olarsa, deməli, bunlar saxta nüsxələrdir”.

X. Həsənlinin sözlərinə görə, mövcud qanunvericilikdə piratçılıqla bağlı müxtəlif sanksiyalar nəzərdə tutulur: “İşə mülki qaydada baxılırsa, iddiaçı qarşı tərəfdən 100 manatdan 50 min manatadək kompensasiya, pirat məhsulların satışdan çıxarılması və qeyri-qanuni istehsal vasitələrinin müsadirəsini tələb edə bilər. Cinayət qaydasında isə müəllif hüquqlarının pozulması ilə bağlı günahkar tərəf 100 manatdan 500 manatadək cərimə oluna, yaxud 160 saatdan 240 saatadək icbari işlə cəzalandırıla bilər. Əgər cinayət mütəşəkkil dəstə tərəfindən törədilirsə, onda 500 manatdan 1000 manatadək cərimə, yaxud da 3 ilədək azadlıqdan məhrumetmə cəzası verilə bilər. İnzibati Xətalar Məcəlləsində isə bu tip hüquqpozmalara görə 15 manatdan 40 manatadək cərimə nəzərdə tutulur”.

X. Həsənli bildirib ki, Müəllif Hüquqları Agentliyi İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsinə əlavə və dəyişiklərlə bağlı da təkliflər hazırlayıb.
.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR