Bank Of Baku

Azərbaycanın dövlət uşaq müəssisələrində yaşayan hər üç uşaqdan biri Bakı sakinidir

Azərbaycanın dövlət uşaq müəssisələrində yaşayan hər üç uşaqdan biri Bakı sakinidir
# 19 noyabr 2008 12:10 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Bu gün Bakıda “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015)” çərçivəsində “2009-cu ildə qarşıda duran vəzifələr” mövzusunda konfrans keçirilib. APA-nın məlumatına görə, konfransda təhsil naziri Misir Mərdanov bildirib ki, 2006-cı ilin martında təsdiqlənmiş proqramın həyata keçirilməsi və idarə olunması üzrə Təhsil Nazirliyində 5 nəfərdən ibarət işçi qrup yaradılıb: “Ölkədə uşaqların sosial müdafiə sisteminin idarə edilməsi ilə bağlı təkmil mexanizm yoxdur. Bu məsələləri müxtəlif dövlət qurumları idarə edir. Əksər hallarda onlar arasında da razılaşma olmur”.

Nazirlər Kabinetinin elm, mədəniyyət, təhsil və sosial problemlər şöbəsinin müdir müavini Qurban Əmirov bildirib ki, uşaqların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı bir necə təklif hazırlanır. Proqramın işçi qrupunun üzvi Həbib Kərimov bu il Əmək və Əhalinin Sosial Müdafiəsi və Səhiyyə nazirlikləri ilə birgə dövlət uşaq müəssisələrində keçirilən qiymətləndirmənin nəticələri barədə məlumat verib. Onun sözlərinə görə, qiymətləndirmə zamanı məlum olub ki, 55 dövlət uşaq müəssisəsində 14389 uşaq təlim-tərbiyə alır: “Onlardan 10334 uşaq internat məktəblərində yalnız təhsil alır, gün ərzində qidalanır və asudə vaxtını keçirərək gecəni ailəsi ilə birlikdə keçirir. 4055 uşaq isə müəssisələrdə gecələyir. Onların 72 faizi oğlan, 28 faizi qızdır. Həftənin 5 günü müəssisədə yaşayan 1329 uşaq hər şənbə-bazar, tətil və bayram günlərini öz ailəsi ilə birlikdə keçirirlər. Bu uşaqların həftənin 5 günü müəssisədə gecələməsinin səbəbi isə onların yaşadıqları yerin uzaqda olması ilə bağlıdır. Müəssisəyə nəqliyyat vasitəsi verməklə bu uşaqların hər gün ailələri ilə birgə ola bilməsi problemini həll etmək olar. Ailəsi və ya qohumları ilə əlaqəsi olan 2030 uşaq ildə bir neçə gününü öz ailəsi ilə birlikdə keçirir. Bu uşaqlarla və onların ailələrinə dəstək verilərsə, ailələrin yaşadıqları ərazilərdə müxtəlif xidmətlər yaradılarsa, onların ailə mühitində böyüməsinə nail ola bilərik. Daim müəssisədə yaşayan uşaqlardan yalnız 696 nəfəri tam kimsəsizdir. Bunlardan 290 nəfəri xüsusi qayğıya ehtiyacı olan uşaqlardır. Eyni zamanda, 696 uşağın əksəriyyəti məktəb yaşlıdır. Belə ki, onlardan 104-ü məktəbəqədər yaşda, 433-cü məktəb yaşlı, 75-nin yaşı isə 17-dən yuxarıdır”.

Həbib Kərimov bildirib ki, dövlət uşaq müəssisələrində yaşayan təxminən hər üç uşaqdan biri Bakı sakinidir. Sonrakı yerləri Gəncə, Lənkəran, Xaçmaz, Quba və digər bölgələr tutur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR