Bank Of Baku

«Azercell»in dəstəyi ilə Londonda Azərbaycanlı Tələbələrin Avropa Forumu keçirilib

«Azercell»in dəstəyi ilə Londonda Azərbaycanlı Tələbələrin Avropa Forumu keçirilib
# 19 noyabr 2008 12:28 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Azərbaycanın mobil operatoru olan «Azercell Telecom» MMC-nin dəstəyi ilə Londonda Azərbaycanlı Tələbələrin Avropa Forumu (FASE) keçirilib.
«Azercell»in mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, forumun məqsədi Azərbaycanın neft kapitalının insan kapitalına və sərmayəsinə çevrilməsi yollarını araşdırmaq, bu barədə təkliflər irəli sürmək olub. Ümumilikdə, forumda Avropanın müxtəlif ölkələrində təhsil alan 100-ə yaxın azərbaycanlı tələbə iştirak edib. Tədbirin birinci hissəsində İngiltərə-Azərbaycan Cəmiyyətinin sədri Lord Freyzer, Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov çıxış ediblər. Forumda iştirak edən «Azercell»in vitse-prezidenti Ali Ağan çıxışında təmsil etdiyi şirkətin gələcək nəsillərə sərmayə qoymasından məmnun olduğunu deyib.
Qeyd edək ki, FASE 2006-cı ildə Brüsseldə yaradılıb. Forumun əsas məqsədi xaricdə təhsil alan və yaşayan gəncləri ölkənin gələcəyi ilə bağlı məsələlərə biganə qalmamağa çağırmaq, Avropa Birliyi strukturlarında milli maraqlarımızla bağlı lobbiçilik işini qurmaqdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR