Bank Of Baku

Lahıcda Yaponiya hökumətinin dəstəyi ilə tikilən su anbarı istifadəyə verilib

Lahıcda Yaponiya hökumətinin dəstəyi ilə tikilən su anbarı istifadəyə verilib
# 19 noyabr 2008 13:33 (UTC +04:00)
İsmayıllı. Şahnəzər Bəşirov-APA. Bu gün İsmayıllı rayonunun Lahıc qəsəbəsində Yaponiyanın “Öt kökləri və insan təhlükəsizliyi” qrant yardımı proqramına uyğun olaraq həyata keçirilən layihə əsasında tikilən su anbarı istifadəyə verilib. APA-nın Şirvan bürosunun xəbərinə görə, bununla bağlı keçirilən tədbirdə İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərov və Yaponiyanın Azərbaycandakı səfirinin müşaviri İdeoma Nakacima iştirak edib. Qeyd olunub ki, tutumu 400 ton olan su anbarının tikintisinə 86 min ABŞ dolları xərclənib. Su anbarı 2000-ə yaxın qəsəbə sakinini içməli su ilə təmin edəcək. Növbəti mərhələdə isə anbardan evlərə su xətlərinin çəkilməsi nəzərdə tutulub.
Qeyd edək ki, bu, Yaponiya hökumətinin dəstəyi ilə İsmayıllı rayonunda həyata keçirilən 6-cı layihədir. İndiyə qədər Yaponiya hökumətinin dəstəyi ilə rayonda 3 məktəb, 2 xəstəxana binası tikilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR