Bank Of Baku

Naxçıvan şəhərində 8 ailə yeni mənzillə təmin olunub

Naxçıvan şəhərində 8 ailə yeni mənzillə təmin olunub
# 21 noyabr 2008 00:40 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu—APA Naxçıvan şəhərində yaşayış binası istifadəyə verilib. APA-nın yerli bürosunun məlumatına görə, şəhərin Heydər Əliyev prospektindəki 15 nömrəli yaşayış binasında aparılan əsaslı yenidənqurma və tikinti tədbirləri çərçivəsində binanın mənzil tutumu artırılıb. Bina üzərində əlavə üçüncü mərtəbənin ucaldılması hesabına inşa olunan 8 yeni mənzil əhalinin müxtəlif təbəqələrinə məxsus ehtiyacı olan ailələrə verilib. Həmin mənzillərdən 4-ü 86, digərləri isə 68 kvadratmetr sahəni əhatə edir.
Digər 2 mərtəbədə mövcud olan 12 mənzil tamamilə yenidən qurularaq otaqların tutumu artırılıb.
Qeyd edək ki, 2008-ci ilin ötən dövrü ərzində Naxçıvan Muxtar Respublikası ərazisində 70-ə qədər mənzil tikilərək ehtiyacı olan şəxslərə verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR