Bank Of Baku

Yaponiya hökuməti indiyədək Azərbaycana 729 milyon 437 min ABŞ dolları məbləğində vəsait ayrılıb

Yaponiya hökuməti indiyədək Azərbaycana 729 milyon 437 min ABŞ dolları məbləğində vəsait ayrılıb
# 20 noyabr 2008 11:03 (UTC +04:00)
İsmayıllı. Şahnəzər Bəşirov-APA Yaponiyanın Azərbaycana ayırdığı rəsmi inkişaf yardımının ümumi məbləği 729 milyon 437 min ABŞ dollardır. Bu barədə Yaponiyanın Azərbaycandakı səfirinin müavini İdeomi Nakacima İsmayıllı rayonunda su anbarının açılışı zamanı jurnalistlərə açıqlamasında bildirib. APA-nın yerli bürosunun xəbərinə görə, səfir müavini bildirib ki, Yaponiya hökuməti 2000-ci ildən başlayaraq "Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı"nı Azərbaycanda həyata keçirir. Onun sözlərinə görə, bu qrant proqramı Azərbaycan xalqının yaşayış səviyyəsinin yaxşılaşdırılmasına yönəlib və vəsaitlər bələdiyyələr, tibb müəssisələri, təhsil ocaqları və QHT-lər tərəfindən həyata keçirilən nisbətən kiçik miqyaslı layihələrə ayrılır. İndiyə kimi Yaponiya hökumətinin bu proqramı əsasında Azərbaycanda ümumilikdə 106 layihə həyata keçirilib və onlara cəmi 7 milyon 324 min ABŞ dolları məbləğində vəsait ayrılıb. İ. Nakacima onu da əlavə edib ki, Yaponiyanın Azərbaycana ayırdığı rəsmi inkişaf yardımı isə daha böyük layihələri əhatə edir. Belə ki, kənd təsərrüfatının inkişafı, enerji istehsalı, ərzaq təchizatının yaxşılaşdırılması, sosial, mədəniyyət və insan resurslarının inkişafı kimi geniş sahələri əhatə edən layihələrə bu günədək cəmi 729 milyon 437 min ABŞ dolları məbləğində vəsait ayrılıb. Bu istiqamətdə işlər yenə də davam etdiriləcəkdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR