Bank Of Baku

Azərbaycanda leqallaşdırılan əcnəbi əmək miqrantlarının sayı bu il üç dəfə artıb

Azərbaycanda leqallaşdırılan əcnəbi əmək miqrantlarının sayı bu il üç dəfə artıb
# 20 noyabr 2008 12:06 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. «Son vaxtlar Azərbaycana əmək miqrantlarının axını çoxalıb. Azərbaycana ən çox əmək miqrantları Türkiyə, Gürcüstan və digər ölkələrdən gəlir. Hazırda onların leqallaşdırılması istiqamətində iş aparılır». «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov deyib.
Nazir müavininin sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinə son əlavə və dəyişikliklər ediləndən sonra ölkədə əmək fəaliyyəti leqallaşdırılan miqrantların sayı artıb. Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi cəmi 1,7 min-ə yaxın miqranta əmək fəaliyyəti ilə məşğul olmaq üçün fərdi icazə vermişdisə, təkcə bu ilin yanvar-sentyabr ayları ərzində bu göstərici 5 minə çatıb.
N.Məmmədov qeyd edib ki, Nazirlik əmək miqrantlarına fərdi iş icazəsinə görə hazırda 45 manat məbləğində olan dövlət rüsumunun artırılması təklifi ilə Nazirlər Kabinetinə müraciət edib. Nazir müavininin sözlərinə görə, bu rüsum təxminən 1000 manat olacaq. N.Məmmədov rüsumun artırılma səbəbini bəzi amillərlə izah edib: «Səbəb odur ki, bu gün artıq bizim kifayət qədər mütəxəssislərimiz var. Ancaq elə ixtisaslar var ki, bu gün Azərbaycanın həmin ixtisaslar üzrə mütəxəssislərə ehtiyacı var».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR