Bank Of Baku

Marneuli rayonunun Qzılhacılı kəndində tikilən ambulatoriyanın açılışı olub

Marneuli rayonunun Qzılhacılı kəndində tikilən ambulatoriyanın açılışı olub
# 20 noyabr 2008 13:33 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə-APA. Gürcüstanın azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunun Qzılhacılı kəndində Yaponiyanın Azərbaycandakı səfirliyinin maddi dəstəyi ilə tikilən ambulatoriyanın açılışı olub. APA-nın yerli bürosunun xəbərinə görə, müasir tipli tibbi avadanlıqlarla təchiz olunan ambulatoriya 7 kabinetdən ibarətdir. “Tiflisdə dinlər və xalqlar arasında barışıq” adlı qeyri-hökumət təşkilatının rəhbəri Leyla Qiqilavanın və Tiflisdəki “Cümə” məscidinin Axundu Məşədi Əli Əliyevin təklifi ilə tikilən ambulatoriyanın açılışında Yaponiyanın Azərbaycandakı səfiri Masamitsu Oiki, Gürcastanın səhiyyə naziri Sandro Qvitaşvili, Kvemo-Kartli bölgəsinin qubernatoru David Kirkitadze, Marneuli rayon İcra Hakimiyyətinin başçısı Zaza Dekonoidze iştirak ediblər.
Ambulatoriyada terapiya, fizioterapiya, ginekologiya, pediatriya, stomatologiya və s. şöbələr fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR