Bank Of Baku

İçərişəhərdə qəzalı vəziyyətdə olan bina ilə bağlı Nazirlər Kabinetində Abid Şərifovun sədrliyi ilə iclas keçirilib

İçərişəhərdə qəzalı vəziyyətdə olan bina ilə bağlı Nazirlər Kabinetində Abid Şərifovun sədrliyi ilə iclas keçirilib
# 20 noyabr 2008 16:26 (UTC +04:00)
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Kamran İmanov APA-ya açıqlamasında deyib ki, baş nazirin müavini Abid Şərifovun sədrliyi ilə keçən iclasda “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Fövqəladə Hallar Nazirliyi və digər müvafiq qurumların səlahiyyətli şəxsləri iştirak ediblər. Yığıncaqda noyabrın 19-da binaya keçirilən baxışa əsasən hazırlanan qərar müzakirə edilib: “Hökumət qəzalı vəziyyətdə olan bu binanın sakinlərin köçürülməsi haqda qərar verib. Başqa variantlar da mövcuddur, sadəcə bu və ya digər yollar sakinlərlə aparılacaq müzakirədən bəlli olacaq. Bina sökülməyəcək, qəza vəziyyətində olan bir divar isə bərpa olunacaq”.

K. İmanov sakinlərin müvəqqəti məskunlaşması məqsədilə dövlət tərəfindən kompensasiya ödəniləcəyini də bildirib.

Qeyd edək ki, İçərişəhər I Qəsr döngəsi, 45 ünvanında yerləşən bina qəzalı vəziyyətdə olduğundan burada yaşayan 5 ailə noyabrın 19-da evakuasiya olunub. Bu ailələr müvəqqəti olaraq “Arizon” mehmanxanasında yerləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR