Ekspedisiya üzvü Qüdrət İsmayılzadə: “Ermənilərin Azıx mağarasında qazıntı aparmasından narahat olmağa dəyməz” – MÜSAHİBƏ
- Azıx mağarası elmə necə məlum olub?
- Ötən əsrin 50-ci illərə qədər Azərbaycanda daş dövrünə aid abidə tapılmamışdı. Müxtəlif fikirlər var idi ki, Azərbaycan ərazisində məskunlaşma gec başlayıb. 50-ci illərdə Milli Elmlər Akademiyasının hazırladığı proqrama əsasən bu dövrün izinə düşmək məsələsi qaldırıldı. Heç cür ola bilməzdi ki, sonrakı dövrlərin belə zəngin abidələri ola-ola, daş dövrünə aid heç abidə olmasın. İndi bu işə ürəkdən, candan yanan bir adam lazım idi. Belə bir adam gənc tədqiqatçı Məmmədəli Hüseynov oldu. O, böyük inamla bu işə başladı və 50-ci illərin əvvəllərində artıq Qərb bölgəsində Damcılı, Daşsalahlı mağaralarını üzə çıxardı. Amma bu mağaralar da daş dövrünün sonrakı mərhələlərinə aid idi. Damcılı və Daşsalahlı mağaraları belə bir inam yaratdı ki, daha qədim mərhələlər də üzə çıxacaq. Bununla əlaqədar 60-cı ildə Kiçik Qafqazın cənub-şərq ətəklərinə səfərimiz oldu. Bu səfər zamanı Azıx mağarası da yoxlanıldı. Belə bir mağaranın olması ilə bağlı geoloqlar yazmışdılar. Azıx mağarası Dağlıq Qarabağın Hadrut rayonu ərazisində, Füzuli şəhərinin 14-17 kilometrliyində, Tuğ kəndi çökəkliyində, Quruçayın indiki yatağından 200 metr hündürdə yerləşən qalın əhəng qayalıqlarının altındadır. Azıxda arxeoloji kəşfiyyat işləri 60-cı ildə başladı. Elə ilk qazıntılar daş dövrünün ən qədim dövrü olan alt paleolitə aid nəticələr verdi. Azıx mağarası milyon yarım il əvvəli əhatə edir. Tədqiqatların nəticəsi təsdiqlədi ki, Azərbaycan ərazisində ən azı milyon yarım il əvvəl məskunlaşma gedib, insan yaşayıb. Sonrakı qazıntılar zamanı isə məlum oldu ki, Azıxda qalın mədəni təbəqələr var. Azıxda müxtəlif daş alətlərlə yanaşı, 30 növdən çox heyvanın daşlaşmış sümükləri də aşkar edilib. Azıx arxeoloji baxımdan aşkarlanandan sonra bura xarici ölkələrdən alimlər gəlməyə başladı.
- Dünyada qədim insan məskənləri çoxdur. Azıx mağarası onların sırasında neçənci yerdədir?
- Azıx mağarası tədqiq ediləndən sonra da belə suallar ortaya çıxırdı. Dünyada daş dövrünə aid ən qədim yaşayış məskəni Olduvey dərəsi hesab olunur. Azıxı yalnız onunla müqayisə eləmək olar. Hətta Məmmədəli müəllim sonralar daş dövrünə aid arxeoloji mədəniyyət də müəyyənləşdirdi - Quruçay mədəniyyəti. Quruçay bizim mədəni irsimizin ilk qatı oldu.
- Azıx sözünün mənası nədir?
- Bu sözün mənası ilə bağlı Məmmədəli müəllim çox araşdırma apardı. Hazırda Qarabağda Azıx adlı kənd var. Məmmədəli müəllim müəyyənləşdirdi ki, Azıx qədim türk xalqlarının dilində “ayı sığınacağı” deməkdir. Bu, həqiqətə uyğun gəlirdi. Çünki bu mağaradan ən çox ayılar istifadə edirdi. Sonradan mağaradan ayı sümüklərinin tapılması da bu versiyanın həqiqət olduğunu sübut elədi. Ayı kəlləsinin üstündə cızıqlar var idi. Bu da ilk ibtidai insanımızın incəsənət ünsürləri hesab edildi. Ayı kəllələri mağaranın müəyyən bir yerlərində gizlədilmişdi. Görünür, bu da ilk insanımız inancları ilə bağlı idi.
- Azıx adamının - Azıxantropun çənəsi nə vaxt tapıldı?
- 1968-ci ilin yayında. Çənənin insana, yoxsa heyvana aid olması da bir qədər mübahisələr yaratdı. Mən onda Azıx mağarası yaxınlığında yerləşən Qara köpəkdə arxeoloji tədqiqat aparırdım. Səhər Məmmədəli müəllim gəldi ki, Bakıya gedir. Dedi, bunu tapmışıq, şübhələnirəm ki, insan çənəsidir. O bu çənəni Elmlər Akademiyasının poleontoloqu Dəmir Hacıyevə göstərdi. Çənənin insana məxsus olmasını və Azıx adamının yaşını da Dəmir Hacıyev müəyyən elədi. Azıxantropun çənəsi dünyada ən qədim insan qalıqlarından olub, 250 min il əvvələ aiddir.
- Bəzi məlumatlara görə, ermənilər abidə tapılandan dərhal sonra ekspedisiya üzvlərini ələ almaq, abidəni erməniləşdirmək istəyiblər. Bu həqiqətdirmi?
- Abidə tapılandan sonra ermənilər ora maraq göstərirdilər. Hətta abidə ilə maraqlanmağa İrəvandan da alimlər gəlmişdi. Azıx mağarasının içində hündürlüyü 2 metrə çatan daş salaktit vardı. Göydən min illərlə axan damcılardan isə həmin salaktitin üzərinə sanki buzlar sallanmışdı. Məmmədəli müəllim bir qədər romantik adam idi. Bir yazısında yazmışdı ki, burada Qarabağ xanımlarının geyimində sanki gözəl bir gəlin var. Mağaranın divarlarını külək o qədər vurmuşdu ki, divarlar ovuq-ovuq olmuşdu, arı şanısına oxşayırdı. Ermənilər o zaman Moskvada çıxan “Priroda” jurnalında bir məqalə çap etdirdilər ki, guya bu, erməni abidəsidir. Orda olan “buz heykəl” də guya erməni xanımıdır. Guya ermənilər mağarada xüsusi döyüşkən arılar saxlayıblar. Düşmən gələndə o arıları səbətdə aşağı diyirləyirdilər. Belə primitiv yalanlara əl atırdılar.
- Azıxda tapılan tapıntılar indi haradadır?
- Tapıntılar hamısı Azərbaycan muzeylərindədir. Azıxda heç nə qalmayıb. Çənə isə Azərbaycan Tarixi Muzeyinin qızıl fondunda saxlanılır.
- Ermənilər hazırda Azıxda qazıntılar aparırlar. Bəzi məlumatlara görə isə oradan silah anbarı kimi istifadə edirlər...
- Mən bundan qorxmuram. Çünki Azıxın dəyəri çoxdan elm aləminə məlumdur. Azıx artıq çoxdan bütün dünyada Azərbaycan abidəsi kimi tanınıb. Ermənilər yüz dəfə qazsalar da, azərbaycanlıların dünyanın ən qədim millətlərindən olması faktını artıq dəyişmək mümkün deyil. Bundan narahat olmaq lazım deyil. Azıx dünya arxeoloji ədəbiyyatında öz yerini tutub. Azıx Azərbaycan torpağıdır. Azıxdan sonra daş dövrünə aid başqa abidələr də tapılıb. Naxçıvanda qazma düşərgələr, Buzeil mağarası, Kəlbəcərdə Zar mağarası... Amma Azığın ən böyük dəyəri ondadır ki, burada daş dövrünün bütün mərhələləri aşkar olunub. Azıx bütün vərəqləri yerində olan kitabdır.
- Azıx mağarasını dünyaya Məmmədəli Hüseynov tanıtdı. Sizə elə gəlmirmi ki, bu cür böyük alim lazımi qiymətini almayıb?
- Məmmədəli müəllimin böyrəklərində xərçəng var idi. Ölümündən sonra onun ailəsi çox pis vəziyyətə düşdü. 1993-cü ildə Məmmədəli Hüseynova əməkdar elm xadimi adını vermək üçün müraciət elədik. Bir xəbər çıxmadı. Heç Fəxri xiyabanda da yer vermədilər, onu Yasamal qəbiristanlığında dəfn elədik. Söz vermişdilər ki, abidəsini qoyacaqlar, eləmədilər. Hətta bəzən Məmmədəli müəllimin elədiklərini öz adlarına çıxırlar...
Sosial
Nərimanov rayonunda Əhməd Rəcəbli küçəsinin bir hissəsində hərəkət məhdudlaşdırılacaq
Sumqayıtda insanların həyatına və avtomobillərinə təhlükə yaradan 196 sürücü saxlanılıb - VİDEO
Laçında minaaxtaran peşəsi üzrə vakansiyalar təqdim edilib
Kəmaləddin Heydərov III Dünya Korporativ Oyunlarında uğur qazanmış FHN komandalarının üzvləri ilə görüşüb - VİDEO
Xəbər Lenti
KİV: ABŞ ordusu Ukraynadakı döyüşləri imitasiya edən poliqonlar yaradacaq
Tramp: Amerikalılar İrana qarşı sərt addımlar tələb edir
Tramp: ABŞ Venesueladakı əməliyyat xərclərini neft hesabına 28 dəfə kompensasiya edib
DÇ-2026-nın qalibinə kuboku İnfantino Trampla birgə təqdim edəcək
AFP: "Airbus A380" təyyarələrində çatlar aşkarlanıb
İsrail Livan ordusundan “Hizbullah”ın tunellərinin təmizlənməsini tələb edib
DÇ-2026: İngiltərə millisi Qana yığması ilə heç-heçə edib
Naxçıvanda iki nəqliyyat vasitəsinin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb - FOTO
Tramp: Müharibə yenidən başlasa, ABŞ İranda işi bir həftəyə bitirər
ABŞ Senatı İrana qarşı müharibənin dayandırılmasına çağıran qətnamə qəbul edib
Türkiyənin iki vilayətində naməlum pilotsuz uçuş aparatları aşkarlanıb
Tramp İranla sazişi tənqid edənlərə “maariflənməyi” tövsiyə edib
Gəncədə minik avtomobili ilə moped toqquşub, sürücü ölüb - FOTO
Tramp: Livanda atəşkəsin reallığa çevriləcəyinə inanıram
DÇ-2026: Portuqaliya Özbəkistanı darmadağın edib
Ərdoğan: Avropa ölkələri NATO çərçivəsində daha çox məsuliyyət götürməlidir
Şahbaz Şərif: ABŞ-İran memorandumunda raket proqramı ilə bağlı heç bir müddəa yoxdur
Pezeşkian: Tehran Vaşinqtona etibar etmir, lakin ABŞ-la memorandum üzrə öhdəliklərini yerinə yetirəcək
Tramp: AEBA müfəttişlərinin İrana göndərilməsi ilə bağlı tələskənlik yoxdur
Azərbaycanın namizədi BMT-nin Uşaq Hüquqları Komitəsinin üzvlüyünə seçilib
Prezidentin sosial media hesablarında Sərdar Berdiməhəmmədovun Azərbaycana səfərinə dair videoçarx paylaşılıb - VİDEO
Nərimanov rayonunda Əhməd Rəcəbli küçəsinin bir hissəsində hərəkət məhdudlaşdırılacaq
Ronaldo altı fərqli mundialda qol vuran ilk futbolçu olub
Rubio: İranın bərpasına ayrılacaq vəsait təhlükəsizlik məsələlərinin həllindən asılı olacaq
Sumqayıtda insanların həyatına və avtomobillərinə təhlükə yaradan 196 sürücü saxlanılıb - VİDEO
Rubio: İranın Hörmüz boğazından keçid üçün ödəniş tələb etməsinə icazə verilməyəcək
Oman Sultanlığı Şura Məclisinin sədri ölkəmizə səfərə gəlib
Aİ komissarı: Avropa ilə Asiya arasında etibarlı marşrut Orta Dəhlizdir
Ermənistan 2030-cu ilə qədər Azərbaycan və Türkiyə ilə sərhədlərin açılacağına ümid edir
Ağcabədidə itkin düşən yeniyetmələr tapılıb - YENİLƏNİB-1
Sumqayıt sakini İsmayıllıda ekskavatorun altında qalaraq ölüb
Arayik Harutyunyan, Arkadi Qukasyan və digərlərinin apellyasiya məhkəməsi davam etdirilib - FOTO
Laçında minaaxtaran peşəsi üzrə vakansiyalar təqdim edilib
Bakıda övladını təhlükəli şəkildə daşıyan motosiklet sürücüsü saxlanılıb
Putin: Moskva İstanbulda əldə edilmiş razılaşmalar əsasında Ukrayna ilə danışıqlara hazırdır
İƏT Pİ Baş Komitəsinin 27-ci sessiyası keçirilib
Türkiyə parlamentinin sədri Azərbaycana gəlib
Livan Prezidenti: İsraillə danışıqların yeni mərhələsi həlledici ola bilər
Hakan Fidan Azərbaycan səfiri ilə görüşüb
İran bütün ölkə ərazisi üzərində hava uçuşlarını tam bərpa edib
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 700 ton buğda göndərilib - YENİLƏNİB - FOTO
Tehranda Əli Xameneinin vida mərasimi ilə əlaqədar üç günlük tətil elan ediləcək
PA Vətəndaş Qəbulu Mərkəzində iyul ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Vaşinqtonda İsrail-Livan birbaşa danışıqlarının növbəti raundu başlayıb
İran və Oman Hörmüz boğazı üzrə birgə işçi qrupu yaradacaq
Kəmaləddin Heydərov III Dünya Korporativ Oyunlarında uğur qazanmış FHN komandalarının üzvləri ilə görüşüb - VİDEO
Azərbaycan, Serbiya və Türkiyə arasında media sahəsi üzrə təcrübə mübadiləsi keçirilib
Putin: Ukrayna Rusiyaya zərbələri ilə enerji təchizatını pozmağa və turizmə təsir göstərməyə çalışır
"Aeroflot"un keçmiş baş direktoru saxlanılıb