Bank Of Baku

1999-cu ildən bəri dünyada 40 milyon mina məhv edilib

1999-cu ildən bəri dünyada 40 milyon mina məhv edilib
# 21 noyabr 2008 09:28 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov Ottava Konvensiyasının sonuncu hesabatı ilə bağlı mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, H. Səfixanov bildirib ki, 156 ölkə minaların məhvinə dair Ottava Konvensiyasının tam hüquqlu üzvüdür. Dünyanın 39 ölkəsi, o cümlədən Cənubi Qafqaz dövlətləri isə hələ Konvensiyaya qoşulmayıb. Hesabatda qeyd olunub ki, dünyanın 70 ölkəsində hələ də mina problemi qalır. Konvensiyanın tam gücü ilə işləməsi nəticəsində (1999-cu ildən) dünya üzrə 40 milyon ədəd mina məhv edilib. Hesabat dövründə 5426 nəfər minaların qurbanı olub. Onlardan 1401 nəfəri həlak olub, 3939-u yaralanıb, 86 nəfərin taleyi haqda məlumat yoxdur. Mina qurbanı olanların çoxu uşaqlardır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR