Bank Of Baku

Azərbaycan Milli Ensiklopediyasının I və II cildlərinin ilkin variantları hazırlanıb

Azərbaycan Milli Ensiklopediyasının I və II cildlərinin ilkin variantları hazırlanıb
# 21 noyabr 2008 09:49 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Ensiklopediyasının I və II cildlərinin ilkin variantları artıq hazırdır. Bu barədə APA-ya “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktor müavini Famil Mustafayev məlumat verib. O bildirib ki, “A” hərfi ilə başlayan terminlərin cəmləşdiyi cildlər bir daha dəqiqləşdirilmək üçün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ayrı-ayrı institutlarına göndərilib: “Bəzi məqalələr var ki, onlar sifarişlə yazılmalıdır. Bizim mütəxəssislər hansısa ədəbiyyatlardan istifadə etməklə onu yaza bilmirlər. Həmin məqalələri də biz sifariş etmişik. Məqalələr bizə təqdim olunduqdan sonra onları da cildlərə əlavə edəcəyik”.
F. Mustafayev ensiklopediyanın I və II cildlərinin tam şəkildə nə zaman hazır olacağını söyləməyə çətinlik çəkib: “Cildlərdəki terminlərin çoxu yenidir. Son 20 ildə dünyada baş verən iqtisadi, siyasi, texniki yeniliklər cildlərdə öz əksini tapacaq. Bunlar hamısı Azərbaycan dilinə tərcümə olunmalı, qruplaşdırılmalıdır. Bu iş kifayət qədər diqqət və ehtiyat tələb edir”. Cildlərdə 8 mindən çox terminin cəmləşdiyini vurğulayan F. Mustafayevin sözlərinə görə, Azərbaycan Milli Ensiklopediyası 25 cilddə buraxılacaq və 100 mindən artıq termini əhatə edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR