Bank Of Baku

Yevlax rayonunda yeni su təmizləyici qurğu istifadəyə verilib

Yevlax rayonunda yeni su təmizləyici qurğu istifadəyə verilib
# 21 noyabr 2008 12:51 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu gün Yevlax rayonunun Xaldan kəndində «Hyundai» şirkətinin istehsalı olan müasir «osmos» texnologiyalı su təmizləyici qurğunun açılış mərasimini keçirib.
Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, bu gündən Xaldan kəndinin 1800 nəfər əhalisi 10 bulaq vasitəsilə gün ərzində 30 kubmetr su təmizləmə gücünə malik modul tipli qurğuda təmizlənmiş içməli sudan istifadə edə biləcək.
Bu işlər respublika prezidentinin 2007-ci ilin iyununda təsdiqlədiyi «Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar bəzi tədbirlər haqqında» sərəncamı əsasında görülür.
Sərəncama əsasən, ötən il ərzində Yevlax, Zərdab, Kürdəmir, İmişli, Sabirabad, Saatlı, Salyan və Neftçala rayonlarının içməli sudan əziyyət çəkən 50 yaşayış məntəqəsinin 55 mindən çox əhalisi təmiz içməli su ilə təmin olunub. Hazırda daha 12 rayonun 50 yaşayış məntəqəsinin 111 min əhalisinin keyfiyyətli su ilə təmin edilməsi istiqamətində işlər davam etdirilir.
Ümumilikdə sərəncam əsasında keyfiyyətli su imkanları məhdud olan 100 kənddə modul tipli su təmizləyici qurğuların quraşdırılması hesabına 166 min kənd əhalisinə verilən suyun Ümumdünya Səhiyyə Təşkilatının normalarına uyğun təmizlənməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR