Bank Of Baku

Azərbaycan ərazisində noyabr ayına xas olmayan istilər müşahidə ediləcək

Azərbaycan ərazisində noyabr ayına xas olmayan istilər müşahidə ediləcək
# 21 noyabr 2008 14:01 (UTC +04:00)
Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya bildirib ki, noyabrın 24-dək ölkə ərazisində cənub-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu iqlim normasından 4 dərəcəyədək yüksək olacaq. Həmin müddətdə Abşeron yarımadası və Mərkəzi Aran rayonlarında havanın temperaturu 22-23, dağlıq rayonlarda 18 dərəcəyədək yüksələcək. A. Verdiyev bildirib ki, hazırda havanın temperaturu iqlim normasından 3 dərəcə yuxarıdır.

Baş hidroloq gözlənilən hava şəraitinin noyabr ayına xas olmadığını da söyləyib.

Qeyd edək ki, son 100 il ərzində Bakı və Abşeron yarımadasında noyabr ayı ərzində ən isti gün 1946-cı ilin noyabrın 21-i olub. Həmin gün havanın temperaturu 28,1 dərəcə isti olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR