Bank Of Baku

“Avropaya inteqrasiya: gənclər və gender forumu” mövzusunda dəyirmi masa keçirilib

“Avropaya inteqrasiya: gənclər və gender forumu” mövzusunda dəyirmi masa keçirilib
# 21 noyabr 2008 15:40 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Demokratik İslahatlar Partiyası (DİP) Respublika Gənclər Forumu, Respublika Uşaq Təşkilatı və “Dalğa” Gənclər Hərəkatı ilə birgə “Avropaya inteqrasiya: gənclər və gender forumu” mövzusunda dəyirmi masa keçirib. APA-nın məlumatına görə, tədbirdə millət vəkilləri, gənclər və qadın təşkilatlarının təmsilçiləri iştirak edib. DİP sədri Asim Mollazadə Avropaya inteqrasiyanın Azərbaycanın əsas hədəflərdən biri olduğunu deyib. O bildirib ki, DİP ölkənin aktual problemləri ilə bağlı dəfələrlə bu tipli dəyirmi masalar keçirib və səslənən fikirlər əsasında təkliflər hazırlayıb: “Bu tədbirin sonunda da biz təkliflər paketi hazırlayıb prezidentə, Milli Məclisə, müvafiq nazirliklərə təqdim edəcəyik”.

Gənclər Təşkilatlarının Milli Şurasının Məclis sədri İlqar Orucov, DİP sədrinin müavini Ramin Hacılı ölkədəki gənclərin durumu, “Dalğa” Gənclər Hərəkatının sədri Vəfa Cəfərova isə gender problemi haqda məruzə ilə çıxış ediblər. Millət vəkilləri Qənirə Paşayeva, Elmira Axundova, ayrı-ayrı ölkələrin səfirliklərinin təmsilçiləri də mövzu ilə bağlı fikirlərini bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR