Bank Of Baku

Azərbaycanda “Gənclər evi” şəbəkəsi yaradılacaq

Azərbaycanda “Gənclər evi” şəbəkəsi yaradılacaq
# 22 noyabr 2008 09:46 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Hazırda ölkənin dörd regionunda “Gənclər evi” tikilməyə başlayıb. APA-nın məlumatına görə, bu barədə Gənclər və İdman Nazirliyinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Fuad Babayev bildirib. Sektor müdirinin sözlərinə görə, nazirlik bütün ölkə boyu “Gənclər evi” şəbəkəsi yaradacaq. Bakıda isə daha möhtəşəm “Gənclər mərkəzi” tikiləcək. Bu mərkəzin Strasburq və Budapeştdəki “Gənclər mərkəz”lərinin oxşarı olacağını deyən F. Babayevin sözlərinə görə, mərkəzdə Azərbaycanla yanaşı regionun və Avropa ölkələrinin gəncləri də öz tədbirlərini keçirə biləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR