Bank Of Baku

“Nəbatat terminləri lüğəti” çapdan çıxıb

“Nəbatat terminləri lüğəti” çapdan çıxıb
# 24 noyabr 2008 08:44 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəbatat bağının kollektivi Bağın 75 illiyi münasibətilə iki hissəli “Nəbatat terminləri lüğəti” çap edib. Bu barədə APA-ya Bağın direktoru Oruc İbadlı məlumat verib. O. İbadlı bildirib ki, akademik Cəlal Əliyevin baş redaktorluğu ilə çap olunan iki hissəli kitabın I hissəsində azərbaycanca-rusca 7385 nəbatat termini, II hissəsində isə azərbaycanca-latınca-rusca-ingiliscə 1295-dən artıq bitki adı toplanılıb.

Kitab aqronomlar, bioloqlar və bitkilər aləmi ilə maraqlanan oxucular üçün nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR