Bank Of Baku

Azərbaycanda fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin əksəriyyəti Türkiyə vətəndaşlarıdır

Azərbaycanda fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin əksəriyyəti Türkiyə vətəndaşlarıdır
# 24 noyabr 2008 09:21 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı artaraq 6 238 nəfərə çatıb.
DSMF-nın ictimaiyyətlə əlaqələr sektorunun müdiri Elman Babayevin «APA-Economics»ə verdiyi məlumata görə, hazırda fərdi uçot sistemində 79 ölkədən 6 238 nəfər xarici vətəndaş qeydiyyatdadır. Onların arasında Türkiyə vətəndaşları üstünlük təşkil edir (3 647 nəfər və ya 58,5%). İkinci yerdə isə Gürcüstan vətəndaşları gəlir və fərdi uçot sistemində qeydiyyata alınan qonşu dövlətin vətəndaşlarının sayı 988 nəfərdən (15,8%) ibarətdir.
Azərbaycanın fərdi uçot sistemində qeydiyyata alınan vətəndaşların sayına görə üçüncü yerdə Rusiya qərarlaşıb. Belə ki, rusiyalı vətəndaşların sayı 444 nəfər (7,1%) təşkil edir. Sonrakı yerlərdə İran (181 nəfər və ya 2,9%), Hindistan (138 nəfər və ya 2,2%), Çin (75 nəfər və ya 1,2%) və digər ölkələr qərarlaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR