Bank Of Baku

BMT-nin baş katibi dünya ölkələrini qadınlara qarşı zorakılığa son qoymaq üçün kampaniya keçirməyə çağırıb

BMT-nin baş katibi dünya ölkələrini qadınlara qarşı zorakılığa son qoymaq üçün kampaniya keçirməyə çağırıb
# 24 noyabr 2008 09:46 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. BMT-nin baş katibi Pan Gi Mun 25 noyabr - Qadınlara qarşı zorakılığın aradan qaldırılması günü münasibətilə dünya ölkələrinə müraciət ünvanlayıb. BMT-nin Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, müraciətdə deyilir: “Dünyanın həm inkişaf etmiş, həm də yoxsul ölkələrində qadınların döyülməsi, alınıb-satılması, zorlanması və öldürülməsi halları baş verir. Bu insan hüquqları pozuntuları yalnız fərdlərə ziyan vurmur, bütün cəmiyyətin inkişafını, sülhü və təhlükəsizliyi sarsıdır. Qadınlar hər yerdə müəyyən risk altındadırlar, lakin onların arasında silahlı münaqişələrin mövcud olduğu ərazilərdə yaşayanlar daha ciddi təhlükələrlə üzləşirlər. Qadınlar artıq nəinki döyüşlər getdiyi zaman, hətta nisbi sakitliyin bərqərar olduğu dövrdə belə ordu, hərbi dəstələr, üsyançılar, kriminal qruplar və hətta polislər tərəfindən hücumlara məruz qalırlar”.

Zorakılığa məruz qalan qadınların dəqiq sayının bilinmədiyini vurğulayan baş katib bütün dünya ölkələrini “Zorakılığa son qoymaq üçün birləş!” kampaniyası başlatmağa çağırıb: “Qadınlara qarşı zorakılığa son qoyulmasına yardım etmək üçün biz hamımız - kişilər və qadınlar, əsgərlər və sülhməramlılar, vətəndaşlar və liderlər məsuliyyət daşıyırıq. Hər bir dövlət zorakılığın qarşısını almaq, təqsirkarları məsuliyyətə cəlb etmək və qurbanların hüquqi müdafiəsini təmin etmək kimi öhdəliklərini yerinə yetirməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR