Bank Of Baku

Əsir və girovluqda olan Azərbaycan vətəndaşlarına erməni hərbçiləri tərəfindən verilən işgəncələr haqqında materiallar toplanıb

Əsir və girovluqda olan Azərbaycan vətəndaşlarına erməni hərbçiləri tərəfindən verilən işgəncələr haqqında materiallar toplanıb
# 24 noyabr 2008 09:56 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün “Həsrət yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin tərəfindən keçirilən “Dağlıq Qarabağ münaqişəsi zamanı əsir və girov götürülüb, sonradan azad olunan Azərbaycan vətəndaşlarının hüquqlarının yerli qanunvericilik və beynəlxalq hüquq normaları səviyyəsində müdafiəsi” adlı layihənin nəticələrinə dair mətbuat konfransı keçirilib. APA-nın məlumatına görə, birliyin sədri Esmira Orucova bildirib ki, avqustun 22-dən noyabrın 22-nə qədər keçirilən layihə çərçivəsində Beyləqan, Şəki rayonları, eləcə də Bakı və Abşeronda 208 nəfər arasında sorğu aparılıb. Sorğuda əsir və girovluqda olan Azərbaycan vətəndaşlarına Ermənistanda və Dağlıq Qarabağdakı erməni hərbçiləri tərəfindən verilən işgəncələr və digər faktlar haqqında materiallar toplanıb. E. Orucova toplanan video görüntülər, fotolar və girovluqdan qayıdan şəxslərin açıqladığı faktların sənəd şəklində toplanacağını deyib: “Layihənin ikinci hissəsi QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən qəbul olunsa, bu barədə beynəlxalq konfrans da keçiriləcək”.

Layihənin eksperti, Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun şöbə müdiri Araz Qurbanov layihə barədə ekspert rəyini açıqlayıb. Milli Məclisin deputatları Qənirə Paşayeva və Fazil Qəzənfəroğlu isə layihənin əhəmiyyətindən, bu prosesə dövlət dəstəyinin zəruriliyindən, materialların xarici dillərə tərcümə edilməsinin vacibliyindən danışıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR