Bank Of Baku

Sabirabadda elektrik enerjisi istehlakçıları üçün kartla işləyən sayğaclar quraşdırılır

Sabirabadda elektrik enerjisi istehlakçıları üçün kartla işləyən sayğaclar quraşdırılır
# 25 noyabr 2008 01:00 (UTC +04:00)
Sabirabad. Əlibəy Zeynalov-APA. Sabirabad rayonunda 0,4 kilovoltluq şəbəkələrin “SİP” kabellə əvəzlənməsi, şəhər tipli transformatorların və “SMARTKART” tipli sayğacların quraşdırılmasına başlanılıb. Bu barədə APA-nın Mil-Muğan bürosuna “Şirvan Regional Elektrik Təchizat” MMC-nin istismar məsələləri üzrə rəis müavini Nüsrət Əmkişiyev bildirib. Onun sözlərinə görə, bu günə kimi Sabirabad rayonunun 370-dən çox enerji istehlakçısına Çinin “STAR Instrumeyşn” dövlət şirkətinin istehsalı olan “Smartkart”la işləyən elektrik sayğacları quraşdırılıb. Sabirabad rayonu üzrə 10 minə qədər abonent üçün kartla işləyən sayğacların quraşdırılması nəzərdə tutulur.
Qeyd olunub ki, istehlakçılara verilən elektrik enerjisinin ilkin ödənişli kartla işləyən sayğaclarla həyata keçirilməsinin bir çox üstünlükləri var. Belə ki, müdaxilə halları olarsa, bu sayğacın yaddaşında qeydə alınır, "Smartkart" bağlanır və enerji təchizatı dayanır. Pozuntu aradan qaldırılmamış kartın aktivləşməsi və enerji təchizatının bərpası mümkün olmur ki, bu da enerji itkisinin qarşısını vaxtında almağa imkan verir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR