Bank Of Baku

Orta məktəblərdə yeni qiymətləndirmə sistemi tətbiq ediləcək

Orta məktəblərdə yeni qiymətləndirmə sistemi tətbiq ediləcək
# 24 noyabr 2008 10:51 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Azərbaycan Təhsil Nazirliyi (TN) ölkənin ümumtəhsil müəssisələrində yeni qiymətləndirmə sisteminə keçir. APA-nın məlumatına görə, təhsil naziri Misir Mərdanov bildirib ki, bu məqsədlə Təhsil Nazirliyində yeni qiymətləndirmə və monitorinq şöbəsi yaradılır. O, bütün məktəblərdə qiymətləndirmənin mərkəzləşdirilmiş qaydada test imtahanı ilə aparılacağını deyib: “Bizim qiymətləndirmə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının qiymətləndirməsindən tam fərqlidir. TQDK-nın qiymətləndirməsi ali məktəblərə qəbul məqsədi daşıyır. Bizim qiymətləndirməmiz isə şagird nailiyyətinə verilən qiymətdir. Biz 10-11-ci sinfin, sınaq imtahanlarının nəticələrini, yekun qiymətləri nəzərə alırıq. Bu qiymətləndirməni apararkən 11-ci sinifdə oxuyanları ali məktəbə qəbul imtahanlarına da hazırlaşdırırıq”.

M. Mərdanovun sözlərinə görə, Azərbaycanda müəllim-şagird nisbəti son 5 ildə 1/10 göstəricisindən 4/8-ə enib. Həmin müddətdə şagirdlərin sayı 219 min nəfər azalsa da, müəllimlərin sayı 11 min nəfər artıb: “Bu balansı qorumaq üçün bu il qərara gəlmişik ki, ali məktəblər istisna olmaqla, təhsil müəssisələrinə müəllim qəbuluna məhdudiyyət qoyaq. Təəssüf ki, bəzi təhsil müəssisələrinin rəhbərləri tərəfindən bu addım qısqanclıqla qarşılanır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR