Bank Of Baku

Dünya Bankı Azərbaycanda ali təhsillə bağlı yeni layihə hazırlayır

Dünya Bankı Azərbaycanda ali təhsillə bağlı yeni layihə hazırlayır
# 24 noyabr 2008 10:51 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Bu gün Bakıda Dünya Bankı və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihəsinin (TSİİL) başlanmasına həsr olunan seminar işə başlayıb. APA-nın məlumatına görə, seminarda çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, Azərbaycan hökuməti Dünya Bankı (DB) ilə birlikdə 2003-cü ildən təhsil sektorunun inkişafına dair10 illik proqram həyata keçirir. Proqramın 2003-2008-ci illəri əhatə edən ilk mərhələsinin reallaşdırılmasına 22 milyon ABŞ dolları sərf edilib. 2008-2013-cü illəri əhatə edəcək ikinci layihənin əsas məqsədi ümumtəhsil məktəblərində təhsilinin keyfiyyətini yüksəltmək, təlimin nəticələrini yaxşılaşdırmaqdır. İkinci layihənin həyata keçirilməsi üçün 45,4 milyon dollar məbləğində vəsait nəzərdə tutulub. Həmin vəsaitin 25 milyonu Beynəlxalq İnkişaf Assosiasiyasının güzəştli krediti, 20,4 milyonu isə Azərbaycan hökumətinin iştirak payıdır.
Nazirin sözlərinə görə, 2008-2009-cu il tədris ilindən artıq orta məktəblərin 1-ci siniflərində milli kurrikulum tətbiq edilir. M. Mərdanov bildirib ki, ötən müddətdə təhsilin məzmunu ilə atılan addım ən ciddi dərsliklərin hazırlanması ilə bağlı olub: “Birinci siniflər üzrə əsas dərsliklər komplekt şəkildə çap edilib. Dərsliyin əsas müəllifi həmin fənni tədris edən müəllim olmalıdır. Təbii ki, bu işdə alimlər də iştirak etməlidir”.
Baş nazirinin müavini Elçin Əfəndiyev isə Azərbaycan hökumətinin DB ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini söyləyib. Onun sözlərinə görə, son beş il ərzində təhsilə ayrılan büdcə beş dəfə artıb. Hazırda bu sektorda 14 dövlət proqramı həyata keçirilir.
DB-nın Azərbaycan üzrə meneceri Qreqori Yedjeyçak isə təhsil sahəsində aparılan islahatların nəticəsinin artıq hiss edildiyini deyib. Menecerin sözlərinə görə, artıq müəllimlər təlim prosesində fəal iştirak edirlər: “Bunlar tarixi dəyişikliklərdir. Bu inqilabi dəyişikliklərə təxminən 15 il əvvəl başlanılıb. DB-nın təcrübəsi Azərbaycana bu dəyişiklərin həyata keçirilməsində kömək edə bilər”.
Azərbaycan hökuməti ilə əməkdaşlıqdan razı qaldığını deyən Q. Yedjeyçak ölkədə ali təhsillə bağlı yeni layihə hazırladıqlarını da qeyd edib.
Seminar sabah yekunlaşacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR