Bank Of Baku

Sabahdan Azərbaycan ərazisində havanın temperaturu düşəcək

Sabahdan Azərbaycan ərazisində havanın temperaturu düşəcək
# 24 noyabr 2008 11:21 (UTC +04:00)
Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktor müavini Umayra Tağıyeva APA-ya bildirib ki, noyabrın 25-dən ölkə ərazisində şimal küləyinin güclənməsi ilə əlaqədar temperatur düşəcək. Bakıda temperatur gündüz 14-16, Aran rayonlarında 15-18, dağlıq rayonlarda 7-11 dərəcə təşkil edəcək.

Noyabrın 24-dən 25-nə keçən gecə və səhər Bakıda və Abşeron yarımadasında küləyin sürəti saniyədə 15-20, arabir 25 m/s olacaq, yarımadanın bəzi ərazilərində küləyin sürətinin 28 m/s-yə çatacağı gözlənilir. Axşama doğru isə küləyin sürəti 10-15 m/s-dək düşərək mülayimləşəcək. Bəzi şimal rayonlarında gecə saatlarında yağıntı ehtimalı var.

Yaxın üç gün ərzində Abşeron yarımadasında atmosfer təzyiqinin və temperaturların xeyli tərəddüdləri, arabir güclənən şimal və cənub küləklərinin bir-birini əvəz etməsi ürək-damar xəstəlikləri olan meteohəssas insanlar üçün əlverişsiz olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR