Bank Of Baku

Quba məzarlığının bir hissəsi beynəlxalq ekspertlərin tədqiqatları üçün saxlanılıb

Quba məzarlığının bir hissəsi beynəlxalq ekspertlərin tədqiqatları üçün saxlanılıb
# 24 noyabr 2008 12:07 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. “Quba məzarlığını sürüşmədən və qrunt sularından qorumaq üçün bütün məzarlıq boyunca arx çəkilir”. Bu barədə APA-ya Qubadakı kütləvi məzarlıqda aparılan ekspedisiyanın rəhbəri Qəhrəman Ağayev bildirib. Onun sözlərinə görə, bu il Quba məzarlığında muzey tikmək işlərinə başlamaq mümkün olmadığından məzarlığın qorunması üçün təcili tədbirlər görmək lazımdır. Artıq Quba rayon İcra Hakimiyyətinin bu işlərə başladığını deyən Q. Ağayev bildirib ki, məzarlığın 20 kvadrat metr sahəsi beynəlxalq ekspertlərin tədqiqat aparması üçün saxlanılıb. Ekspedisiya rəhbəri məzarlıqda tədqiqat aparmaq, beynəlxalq ekspertlərin dəvət olunması üçün Prezident Aparatına, Nazirlər Kabinetinə və Mədəniyyət və Turizm Nazirliyinə müraciət olunduğunu da bildirib. Q. Ağayev onu da əlavə edib ki, sözügedən ərazidə beynəlxalq ekspertlərin tədqiqatları bu hadisənin dünya ictimaiyyəti tərəfindən ermənilərin törətdiyi soyqırımı aktı kimi tanınması üçün lazımdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR