Bank Of Baku

Təhsil naziri orta məktəblərdə adambaşına maliyyələşmə sisteminə keçilməməsinin səbəbini açıqlayıb

Təhsil naziri orta məktəblərdə adambaşına maliyyələşmə sisteminə keçilməməsinin səbəbini açıqlayıb
# 24 noyabr 2008 12:13 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. “Azərbaycanın 59 orta məktəbində adambaşına maliyyələşmə sisteminə keçid nəzərdə tutulsa da, bu, mümkün olmayıb. Bunun çox səbəbləri var”.
Bu barədə APA-ya Azərbaycanın təhsil naziri Misir Mərdanov deyib. Nazir bildirib ki, bunun əsas səbəblərdən biri Maliyyə Nazirliyinin bu işə getməməsidir. M. Mərdanovun sözlərinə görə, artıq ölkənin dövlət ali məktəblərdə müstəqil maliyyələşmə üsulunun tətbiqinə başlanılıb. Hazırda Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft Akademiyasında müstəqil maliyyələşmə üsulu tətbiq edilir. Nazir qalan dövlət ali məktəblərində də bu yeniliyin tədricən tətbiq ediləcəyini söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR