Bank Of Baku

Esmira Orucova: “Erməni əsirliyindən qayıdan azərbaycanlılar çox az yaşayırlar”

Esmira Orucova: “Erməni əsirliyindən qayıdan azərbaycanlılar çox az yaşayırlar”
# 24 noyabr 2008 12:18 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. “Ermənilərin əsir və girov götürdükləri azərbaycanlıların başını yaxınlarının qəbirləri və ya kötüyün üstündə kəsdiklərinin şahidi olan yüzlərlə vətəndaşımız var. Bu cinayət faktları yaxın zamanda beynəlxalq səviyyədə müzakirəyə çıxarılmalıdır”. Bu sözləri APA-ya “Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucova deyib. E. Orucova bildirib ki, əsir və girovluqdan qayıdan soydaşlarımız onlara qarşı insanlığa yaraşmayan işgəncə hallarına yol verildiyini qeyd ediblər: “Ermənilər əsir və girov azərbaycanlıların dişləri kəlbətinlə çıxarıb, kişilər armatur, bel sapı, dəyənək, daş və kərpic parçası, uzunboğaz çəkmə ilə vəhşicəsinə döyülüblər. Onları ac itlərlə qanları tökülənə qədər döyüşməyə məcbur ediblər. Ermənilər əsirlikdə saxladıqları soydaşlarımızı insan orqanizmi üçün zərərli fiziki işlərə cəlb ediblər”.

E. Orucova bildirib ki, bu səbəblərdən əsir və girovluqdan qayıdan azərbaycanlıların böyük əksəriyyəti çox az yaşayır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR