Bank Of Baku

BMT-nin baş katibi: “AİDS tezliklə yox olmayacaq”

BMT-nin baş katibi: “AİDS tezliklə yox olmayacaq”
# 24 noyabr 2008 12:55 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. BMT-nin baş katibi Pan Gi Mun 1 dekabr - Ümumdünya AİDS günü münasibətilə dünya ölkələrinə müraciət edib. BMT-nin Azərbaycan nümayəndəliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müraciətdə deyilir: “Hazırda daha az insan HİV-ə yoluxur və daha az insan AİDS-dən vəfat edir. Bu nailiyyətlər dünyada AİDS-ə qarşı mübarizə aparan insanlar sayəsində əldə olunub. Hökumətlər HİV-in qarşısını almaq, xəstəliyi müalicə etmək, virusa yoluxanların qayğı və dəstəkdən istifadə imkanlarının genişləndirilməsinə dair vədlərini yerinə yetirirlər. Lakin bu, hələ başlanğıcdır. Biz bununla arxayınlaşmamalıyıq”.

Baş katib bildirib ki, AİDS tezliklə yox olmayacaq: “AİDS hələ də dünyada ölümün on əsas səbəblərindən biri, Afrikada isə birinci məhvedici xəstəlikdir. Biz əldə etdiklərimizi daha da inkişaf etdirməliyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR