Bank Of Baku

Koreyanın ətraf mühit nazirinin müavini Azərbaycana gəlib

Koreyanın ətraf mühit nazirinin müavini Azərbaycana gəlib
# 24 noyabr 2008 14:19 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Koreyanın ətraf mühit nazirinin müavini Honq Cun Seonun rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Azərbaycana səfərə gəlib.
Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi mətbuat xidmətinin rəhbəri İradə İbrahimova «APA-Economics»ə bildirib ki, sabah, noyabrın 25-də Bakıda nümayəndə heyəti ilə görüş keçiriləcək. Görüşdə Koreya Ətraf Mühit Nazirliyi və Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühit üzrə Birgə Komitəsinin əsasnaməsi imzalanacaq. Noyabrın 26-da isə «Azərbaycan-Koreya ətraf mühit sənayesi və texnologiyası» konfransı keçiriləcək.
Qeyd edək ki, Koreya nümayəndə heyətinin səfəri noyabrın 27-də yekunlaşacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR