Bank Of Baku

Lənkəranda QHT-lərə Dövlət Dəstəyi Şurasının təqdimatı keçirilib

Lənkəranda QHT-lərə Dövlət Dəstəyi Şurasının təqdimatı keçirilib
# 24 noyabr 2008 14:58 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Lənkəranda təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbirdə 40-a yaxın yerli QHT rəhbəri, media və hakimiyyət təmsilçiləri iştirak edib. Şura üzvləri Əliməmməd Nuriyev, Vüqar Qədirli, şura katibliyinin icraçı direktoru Fərasət Qurbanov çıxış edərək, qurumun ictimai sektorla bağlı yerinə yetirdiyi dövlət siyasətinin müxtəlif aspektlərindən danışıblar. Ə. Nuriyev bildirib ki, bu ilin iyul-avqust aylarında keçirilmiş QHT-lərə maliyyə yardımı müsabiqəsinin nəticələrinə əsasən, maliyyə dəstəyi almış 23 region təşkilatından 2-si cənub bölgəsinə aiddir. Yerli QHT rəhbərləri Ədliyyə Nazirliyində qeydiyyata alınmanın çətin olduğunu qeyd edərək şura təmsilçilərindən bu məsələdə yardımçı olmağı xahiş ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR