Bank Of Baku

Gürcüstanda qədim məscid təmir olunur

Gürcüstanda qədim məscid təmir olunur
# 24 noyabr 2008 16:15 (UTC +04:00)
Gurcustan. Nizami Məmmədzadə-APA. Gürcüstanın azərbaycanlıların kompakt yaşadıqları Marneuli rayonunun Gorarxı kəndində qədim tarixə malik məscid təmir edilir. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, məscidin Heydər Əliyev Fondunun dəstəyi ilə təmir olunduğu bildirilib. Məscidin təmiri zamanı milli ornamentlərdən istifadə ediləcək, minbər yenidən qurulacaq. Gorarxı məscidinin təmirini Bakıdan gələn sənətkarlar həyata keçirir. Tarixi mənbələrdə bu məscidin 1590-cı ildə Şah Abbasın əmri ilə tikildiyi, 1882-ci ildə isə kənd sakini Hacı Əli Hacı oğlunun vəsaiti hesabına bərpa olunduğu bildirilib. Məlumata görə, ötən əsrin 20-ci illərində Məşədi Əhməd adlı şəxs məscidi təmir etdirib. Sonralar isə kənddə fəaliyyət göstərən "Gorarxı" Xeyriyyə Cəmiyyəti tərəfindən bərpa məqsədi ilə məscidə yeni tikili əlavə edilib. Kənd ağsaqqalları vaxtilə Nadir şahın bu məsciddə namaz qılması barədə məlumatların olduğunu bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR