Bank Of Baku

Gələn il Marağa rəsədxanasının 750 illik yubileyi qeyd olunacaq

Gələn il Marağa rəsədxanasının 750 illik yubileyi qeyd olunacaq
# 25 noyabr 2008 09:02 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. BMT Baş Assambleyasının qərarı ilə 2009-cu il bütün dünyada “Astronomiya ili” elan edilib. Bu barədə APA-ya N. Tusi adına Astrofizika Rəsədxanasının direktoru Əyyub Quliyev məlumat verib. O bildirib ki, gələn il bütün dünya ölkələrində astronomiya sahəsində konfranslar, forumlar keçiriləcək. Gələn il həm də Nəsrəddin Tusinin yaratdığı Marağa Rəsədxanasının 750 illik yubileyidir. Ə. Quliyevin sözlərinə görə, rəsədxananın yubileyi həm İranda, həm də Azərbaycanda qeyd olunacaq: “Rəsədxana 1259-cu ildə yaradılıb. Biz bununla əlaqədar böyük konfrans keçirəcəyik. Konfransın birinci hissəsi Təbriz və Marağada, ikinci hissəsi isə Naxçıvandakı Batabat Rəsədxanasında keçiriləcək. Hazırda Şamaxı Rəsədxanasında konfransa hazırlıq işləri gedir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR