Bank Of Baku

Noyabrın 28-dən Azərbaycan ərazisində hava kəskin soyumağa başlayacaq

Noyabrın 28-dən Azərbaycan ərazisində hava kəskin soyumağa başlayacaq
# 25 noyabr 2008 10:58 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin direktor müavini Umayra Tağıyeva APA-ya bildirib ki, ötən həftə Bakıda 22,7 dərəcə isti qeydə alınıb ki, bu da noyabr ayının üçüncü ongünlüyü üçün rekord göstəricidir. 100 illik meteoroloji müşahidələrə əsasən yalnız 1924-cü ildə bu cür isti (21,4 dərəcə) olub. Son 15 il ərzində noyabr ayının temperaturu iqlim norması daxilində tərəddüd edib.

U. Tağıyevanın verdiyi məlumata görə, noyabrın 25-də şimal küləyinin güclənməsi ilə əlaqədar temperatur rejimi aşağı enəcək və Bakıda gündüz 14-16, Aran rayonlarında 15-18, dağlıq rayonlarda isə 7-11 dərəcə isti olacaq. Ümumilikdə həftənin birinci yarısında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi şimal rayonlarında gecə saatlarında yağıntı düşəcəyi ehtimalı var. Həftənin sonunda isə havalar əsaslı şəkildə dəyişəcək, qeyri-sabit və yağmurlu olacaq, həftənin birinci yarısına nisbətən temperatur xeyli aşağı enəcək. Noyabrın 28-də axşam ölkənin qərb rayonlarından başlayaraq yağıntı müşahidə olunacaq. Noyabrın 29-30-da bu proses bütün ölkə ərazisini əhatə edəcək. Həmin günlərdə əksər rayonlarda yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacaq. Axşam və gecə saatlarında yağıntıların intensivləşəcəyi ehtimal edilir. Noyabrın 29-30-da Bakıda yağış yağacağı gözlənilir, havanın temperaturu isə müsbət 12-14 dərəcədən yüksək olmayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR