Bank Of Baku

Bala Cəfərli kəndinin uşaq bağçası qəza vəziyyətindədir

Bala Cəfərli kəndinin uşaq bağçası qəza vəziyyətindədir
# 26 noyabr 2008 07:23 (UTC +04:00)
Qazax. Nəzakət Məşədiəliqızı-APA. Qazax rayonunun Ermənistan Silahlı Qüvvələrinin postu ilə üzbəüz mövqedə yerləşən Bala Cəfərli kəndinin uşaq bağçası qəza vəziyyətindədir. APA-nın qərb bürosunun məlumatına görə, düşmənin tez-tez güllə atəşinə tutduğu bağça binası yararsız hala düşüb. Bağçanın müdiri Minayə Kosayeva APA-nın əməkdaşına bildirib ki, düşmən postundan cəmi 200 metr məsafədə yerləşən bağça binası SSRİ dövründə tikilib və bağça üçün nəzərdə tutulmayıb: “Bura uzun müddət istifadəsiz qalıb. 16 ildir ki bağça bu binada yerləşir”.
Onun sözlərinə görə, bağçada tərbiyə alan uşaqların nə oyuncaqları, nə də təhlükəsiz oyun meydançaları var. Uşaqlar eyni otaqda həm yatır, həm də məşğələ keçirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR