Bank Of Baku

Qazax rayonunun sərhəd kəndinə 20 ildən sonra təbii qaz veriləcək

Qazax rayonunun sərhəd kəndinə 20 ildən sonra təbii qaz veriləcək
# 26 noyabr 2008 23:45 (UTC +04:00)
Qazax. Nəzakət Məşədiəliqızı –APA. 20 illik fasilədən sonra Qazax rayonunun Ermənistanla sərhəd olan Cəfərli kəndinə mavi yanacaq veriləcək. Yüksək təzyiqli magistral boru kəmərinin çəkilişi artıq sona çatıb. Cəfərli kəndinin icra nümayəndəsi Barat Vəliyevin APA-nın qərb bürosuna verdiyi məlumata görə, kəndə çəkilən qaz kəmərinin ümumi uzunluğu 7 kilometrdir: “Hazırda kəndarası xətlər bərpa olunur. Sərhəd kənd sakinlərinə qazın pulunun ödənilməsində müəyyən limit də nəzərdə tutulub”.
Dekabr ayının sonuna kimi 250 abunəçi bu imkandan yararlana biləcək. Cəfərli kəndinin sakinləri mavi yanacaqla təmin olunduqdan sonra Bala Cəfərli kəndinə də qaz xətti çəkiləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR