Bank Of Baku

Lerik və Yardımlı rayonlarının daha bir neçə yaşayış məntəqəsi qazlaşdırılacaq

Lerik və Yardımlı rayonlarının daha bir neçə yaşayış məntəqəsi qazlaşdırılacaq
# 27 noyabr 2008 02:36 (UTC +04:00)
Lerik-Yardımlı. Ağəddin Babayev–APA. Bu ilin sonuna kimi dəniz səviyyəsindən 1800 metr yüksəklikdə olan Lerik rayonunun Ordahal kəndindəki 36 evdə də təbii qazdan istifadə olunacaq. Bu barədə APA-nın cənub bürosuna Lerik rayon İcra Hakimiyyəti aparatından məlumat verilib. Bildirilib ki, kəndə polad borular vasitəsi ilə aparıcı qaz kəmərləri çəkilib. Orta və aşağı təzyiqli qaz kəmərlərinin çəkilişi isə başa çatıb. Qaz tənzimləyici məntəqədən kəndə kimi 2143 metr uzunluğunda kəmər quraşdırılıb. Qazpaylayıcı məntəqənin tikintisi isə davam edir. İşlər yekunlaşdıqdan sonra qaz kəməri pnevmatik üsulla yoxlanılacaq və sakinlərin mənzillərinə ötürüləcək. Yardımlı rayon İcra Hakimiyyəti aparatından verilən məlumata görə, ilin sonunadək rayonun Əngövül kəndinə də mavi yanacaq veriləcək. Artıq 42 abonentin mənzilində qazlaşdırma başa çatıb, sayğaclar quraşdırılıb. Qazın paylanılması üçün məntəqə tikilib. Sakinlərin təşəbbüsü ilə Sırıq kəndinə də təbii qaz çəkiləcək. Bunun üçün əraziyə uzunluğu 6,5 kilometrlik 89 millimetrlik daşıyıcı borular gətirilib. Bu kənddə 160 abonent təbii qazdan istifadə edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR