Bank Of Baku

Lənkəranın Xolmili kəndində asfalt yolun açılışı olub

Lənkəranın Xolmili kəndində asfalt yolun açılışı olub
# 26 noyabr 2008 09:25 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev-APA. Lənkəran rayonunun Xolmili və Şıxakəran kəndlərini birləşdirən 3 kilometrlik yol daxili imkanlar hesabına asfaltlaşdırılaraq sakinlərin istifadəsinə verilib. APA-nın cənub bürosunun məlumatına görə, bu münasibətlə keçirilən mərasimdə Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyətin nümayəndələri iştirak edib. Tədbirdəki çıxışlarda uzun illər yararsız vəziyyətdə olan yolun bərpasına 200 min manat vəsaitin sərf olunduğu diqqətə çatdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR