Bank Of Baku

Azərbaycanlılarla ermənilər eyni kənddə yaşayırlar

Azərbaycanlılarla ermənilər eyni kənddə yaşayırlar
# 26 noyabr 2008 09:47 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə - APA. Gürcüstanın Marneuli rayonunun Şulaveri kəndində müxtəlif millətlərin nümayəndələri yaşayırlar. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, azərbaycanlı, gürcü, alman, yunan, çeçen, polyak, erməni və rusların yaşadığı kənd qədim tarixi var. Tarixi qaynaqlara görə, Xram və Debed çayları arasında, Marneuli-Sınıq körpu, Marneuli-Sadaxlı avtomobil və dəmir yollarının kənarında yerləşən Şulaveri kəndinin qəbiristanlığından kurqan qəbirlər, tunc xəncər tiyəsi, gil qədəh, kasalar, tunc bilərziklər, küplər və digər qədim əşyalar tapılıb.

Arxeoloji qazıntılarla məşğul olan gürcü tarixçiləri (O. Caparidze, Q. Avalişvili, M. Pircxalava, M. Manabde) bu yerlərdə türkdilli xalqların yaşadığını qeyd ediblər.

Vaxtilə bu kənddə fəaliyyət göstərən zavod və fabriklər isə xarabaya çevrilib. 2002-ci ilin siyahıyaalmasında azərbaycanlılar əhalinin 53 faizini təşkil etsə də, hazırda azərbaycanlıların sayında azalma müşahidə olunur. İş yerlərini itirən əksər azərbaycanlılar evlərini sataraq kənddən köçürlər.

Şulaveri kənd Məclisinin nümayəndəsi Cəbrayıl Yusubov APA-ya bildirib ki, Şulaveri kənin ərazisində 10 min 500 nəfərə yaxın əhali yaşayır. Əhalinin 35 faizi aztəminatlı sayılır. Sakinlərin həyətyanı torpaq sahələri belə yoxdur. Bununla bağlı dəfələrlə əlaqədar təşkilatlara müraciət edilsə də, nəticəsi olmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR