Bank Of Baku

İqtisad Universitetində Gənclər üçün Karyera Mərkəzinin açılışı olub

İqtisad Universitetində Gənclər üçün Karyera Mərkəzinin açılışı olub
# 26 noyabr 2008 10:32 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan İqtisad Universitetində Gənclər üçün Karyera Mərkəzinin açılışı olub. APA-nın məlumatına görə, mərkəzin yaradılmasında başlıca məqsəd gənclərin bilik, praktik bacarıq və vərdişlərinin artırılması, onların məşğulluq problemlərinin həll edilməsi üzrə təşkilatı, texniki, informasiya, konsaltinq, tədris və maarifləndirmə tədbirlərinin həyata keçirilməsidir. Mərkəz tələbələrin məlumat bazasının hazırlanması, internet portalının yaradılması və idarə olunması, gənclər üçün əmək yarmarkalarının təşkili, biznes layihələrinin hazırlanması və konsaltinq xidmətlərinin təşkili ilə məşğul olacaq. Açılış mərasimində gənclər və idman naziri Azad Rəhimov çıxış edərək bildirib ki, bu layihə Gənclər və İdman Nazirliyi, İqtisad Universiteti və Beynəlxalq Əmək Təşkilatının birgə layihəsidir. Nazir ölkənin digər universitetlərində də bu cür mərkəzlərin yaradılacağını deyib. O, ötən il İqtisad Universitetində keçirilən əmək yarmarkasında 700 məzunun işlə təmin olunduğunu xatırladıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR