Bank Of Baku

Qənirə Paşayeva telekanallarda “Azərbaycan dili” dərslərinin tədris olunması təklifi ilə çıxış edib

Qənirə Paşayeva telekanallarda “Azərbaycan dili” dərslərinin tədris olunması təklifi ilə çıxış edib
# 26 noyabr 2008 11:06 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayeva televiziya kanallarında “Azərbaycan dili” dərslərinin tədris olunması təklifi ilə çıxış edib. Bu barədə APA-ya açıqlama verən millət vəkili deyib ki, bu gün ölkə televiziyalarında “Azərbaycan dili” dərslərinin keçilməsinə ehtiyac var: “Hər bir insanın milli kimliyinin qorunmasında dil çox böyük önəm daşıyır. Dünyanın müxtəlif ölkələrində doğulan və böyüyən azərbaycanlılar öz doğma dilini öyrənməkdə çətinlik çəkirlər. Biz ABŞ-da olarkən bu təklifi Kaliforniyada yaşayan soydaşlarımız səsləndirdilər. Dünyaya yayımlanan Azərbaycan televiziyalarında “Azərbaycan dili” dərslərinin verilməsi çox effektli olardı”.
Millət vəkili belə bir təcrübənin dünyanın bir çox ölkələrində olduğunu deyib.
Q. Paşayeva artıq məsələ ilə bağlı Diaspora ilə İş üzrə Dövlət Komitəsi və İctimai Televiziyanın rəhbərliyi ilə danışıqlar apardığını bildirib. Onun sözlərinə görə, hər iki qurumun rəhbərliyi məsələyə olduqca müsbət reaksiya veriblər.
Diaspora ilə İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Nəriman Qurbanov APA-ya bu təklifi dəstəklədiklərini və dekabrın 18-də Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının Bakıda keçirilən toplantısında bununla bağlı müzakirələrin aparılacağını deyib. Komitə rəsmisi bu məsələyə təkcə İctimai Televiziyanın deyil, digər televiziya kanallarının da cəlb olunmasına çalışacaqlarını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR