Bank Of Baku

Bakı Dövlət Universitetində Rus Mərkəzi açılacaq

Bakı Dövlət Universitetində Rus Mərkəzi açılacaq
# 26 noyabr 2008 11:07 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Bakı Dövlət Universitetində (BDU) “Russkiy mir” Fondunun Rus Mərkəzi açılacaq. APA-nın məlumatına görə, tədbirdə BDU-nun rektoru, deputat Abel Məhərrəmov, Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov, “Russkiy mir” Fondu İdarə Heyətinin icraçı direktoru Vyaçeslav Nikonov iştirak edəcəklər.

Qeyd edək ki, 2007-ci ildə Rusiya prezidentinin fərmanı ilə yaradılmış “Russkiy mir” Fondu rus dili və ədəbiyyatının təbliğinə yönəlmiş rus mərkəzlərinin yaradılması işini həyata keçirir. Bu mərkəzlər açıldığı an 1000-dən artıq adda kitabla təmin olunur, sonradan isə fəaliyyəti daha da genişləndirilir. Mərkəzlərə gələnlər Rusiya media orqanlarının elektron versiyası ilə pulsuz tanışlıq imkanları əldə edirlər. Mərkəzlərdə həmçinin sərgilərin, seminarların, yaradıcılıq görüşlərinin, rus dili kurslarının təşkili nəzərdə tutulur. Hazırda Belçika, Yaponiya, ABŞ, Tacikistan, Qırğızıstan, Qazaxıstan və Ermənistanda belə mərkəzlər fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR