Bank Of Baku

Azərbaycanda ictimai yerlərdə siqaret çəkilməsini qadağan edən qanun layihəsi Milli Məclisə təqdim olunacaq

Azərbaycanda ictimai yerlərdə siqaret çəkilməsini qadağan edən qanun layihəsi Milli Məclisə təqdim olunacaq
# 26 noyabr 2008 11:17 (UTC +04:00)
Bu barədə APA-ya açıqlamasında deputat özü bildirib. Q. Paşayeva hazırladığı sənədi sabah parlamentin Sosial siyasət daimi komissiyasına təqdim edəcəyini deyib. Onun sözlərinə görə, sənəd hazırlanarkən qonşu Türkiyə və digər dünya ölkələrinin təcrübəsi öyrənilib: “Qanun layihəsinə görə əyləncə mərkəzləri, kafe, restoran, meydança, dəhlizlər, nəqliyyat vasitələri və digər ictimai yerlərdə siqaret çəkilməsinə qadağa qoyulmalıdır. Dörd nəfərdən artıq şəxsin toplaşdığı ictimai yerlərdə siqaret çəkilməsinə icazə verilməməlidir”.
Q. Paşayevə bu gün bütün dünyada siqaret çəkilməsinə qarşı böyük kampaniyaların aparıldığını, qanunlar qəbul edildiyini, təbliğat-təşviqat işlərinin görüldüyünü deyib. Onun sözlərinə görə, hazırda Azərbaycanda siqaretdən istifadə halları artır: “Təəssüf ki, bu hal bizim qadınlar, məktəblilər arasında da baş verir. Siqaret çəkilməsi isə xərçəng və digər ağır xəstəliklər yaradır”.
Millət vəkili “İctimai yerlərdə siqaret çəkilməsinin qadağan edilməsi haqqında” qanun layihəsində bu qanunun pozulmasına görə cərimə hallarının tətbiq edilməsi, tütün məhsullarının filmlərdə, kliplərdə və digər vasitələrlə gizli reklamının tamamilə yığışdırılması və 18 yaşına çatmayanlara siqaret satışının qadağan edilməsi ilə bağlı məsələlərin də öz əksini tapdığını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR