Bank Of Baku

ABŞ hökuməti Azərbaycanda tələbələr üçün qlobal mübadilə proqramını təqdim edib

ABŞ hökuməti Azərbaycanda tələbələr üçün qlobal mübadilə proqramını təqdim edib
# 26 noyabr 2008 16:02 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva- APA. ABŞ hökuməti 2009-2010-cu illər üçün Azərbaycanda tələbələr üçün qlobal mübadilə (Qlobal UGRAD) proqramını təqdim edib. APA-nın xəbərinə görə, bu proqram ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət məsələləri Bürosunun proqramıdır və Beynəlxalq Tədqiqatlar Şurası (İREX) tərəfindən idarə olunur.
Program Azərbaycanın ali təhsil ocaqlarının birinci, ikinci, üçüncü kursunda oxuyan tələbələrinə ABŞ universitetlərinin və kolleclərinin birində bir il dərəcəsiz təhsil almaq imkanı yaradır. UGRAD proqramında təqdim olunan sahələrə mühasibat, antropologiya, biologiya, biznez, kimya, komputer, cinayət hüquqi, beynalxalq əlaqələr, fizika, politologiya, psixologiya və digər fənlər daxildir. Proqramla bağlı bütün xərclər ödənilir.
Məlumata görə, proqram üzrə ərizə qəbulu dekabrın 10-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR