Bank Of Baku

Naxçıvanda ərzaq məhsullarının keyfiyyətinə nəzarət edən Arbitraj laboratoriyası istifadəyə verilib

Naxçıvanda ərzaq məhsullarının keyfiyyətinə nəzarət  edən Arbitraj laboratoriyası istifadəyə verilib
# 27 noyabr 2008 07:38 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu—APA Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin Arbitraj laboratoriyası istifadəyə verilib. Nazirlikdən APA-nın yerli bürosuna verilən məlumata görə, istehlakçıların hüquqlarının qorunması və əhalinin sağlamlığına qida hesabına dəyə biləcək ziyanın qarşısının alınması məqsədilə sözügedən laboratoriyanın maddi-texniki bazasının möhkəmləndirilməsi üçün 2 mərtəbədən və zirzəmi qatından ibarət yeni bina tikilərək müasir avadanlıqlarla təchiz edilib.
Nazirlikdən bildiriblər ki, yeni laboratoriyanın istifadəyə verilməsi yerli istehsal və idxal olunan məhsulların keyfiyyətinə nəzarət edilməsinə, sahibkarlar tərəfindən mütərəqqi texnologiyaların tətbiqinə hərtərəfli imkan verəcək. Laboratoriyada ABŞ, İtaliya, Almaniya, İngiltərə, Fransa, Yaponiya, Türkiyə və Rusiya istehsalı olan, müasir standartlara cavab verən avadanlıqlar quraşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR