Bank Of Baku

Masallının Güllütəpə kəndində sürüşmə nəticəsində evləri qəza vəziyyətinə düşən sakinlər üçün yeni mənzillər tikilir

Masallının Güllütəpə kəndində sürüşmə nəticəsində evləri qəza vəziyyətinə düşən sakinlər üçün yeni mənzillər tikilir
# 27 noyabr 2008 08:00 (UTC +04:00)
Masallı. Ağəddin Babayev-APA. Masallı rayonunun Güllütəpə kəndindəki sürüşmə zonasından evakuasiya olunmuş 11 ailə üçün yeni yaşayış evlərinin tikintisinə başlanılıb. Bu barədə APA-nın cənub bürosuna Güllütəpə bələdiyyəsinin sədri Əlihüseyn Əlinağıyev məlumat verib. Onun sözlərinə görə, Fövqəladə Hallar Nazirliyinin sifarişi və vəsaiti hesabına inşa olunan mənzillərdə sakinlərin normal yaşayışını təmin edən hər cür şərait yaradılmaqla, burada həmçinin yardımçı obyektlər də tikiləcək. Ə. Əlinağıyev bildirib ki, sürüşmə zonasının aktiv ərazisindən bu ilin mart ayında köçürülmüş 11 ailə üçün kəndin yaxınlığında bələdiyyənin ehtiyat fondundan 1 hektar torpaq sahəsi ayrılıb. Geodeziya-kəşfiyyat işlərindən sonra burada yaşayış evlərinin tikintisi qərarlaşdırılıb.
Bələdiyyə sədrinin sözlərinə görə, Güllütəpədə sürüşmə bu gün də davam etməkdədir. Bu proses çökmə ilə yanaşı getdiyindən gələcəkdə qəza zonasının əhatə dairəsinin genişlənəcəyi istisna olunmur. İntensiv yağışlar isə ərazidə daha 5 yaşayış evinin qəza vəziyyətinə düşməsinə səbəb olub. Həmin evlərdə xırda çatlar əmələ gəlməsinə baxmayaraq, yaşayış üçün təhlükəli hesab olunmur.
Bələdiyyə sədrinin məlumatına görə, evlərindən köçürülmüş 11 ailədən 10-u qohumlarının yanında, 1 ailə isə sosial obyektdə müvəqqəti məskunlaşıb. Onlara ayda 50 manat məbləğində kompensasiya ödənilir.
Qeyd edək ki, Güllütəpə kəndində sürüşmə bu ilin mart ayının 5-də qeydə alınıb və sonrakı müddətdə daha da aktivləşib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR